AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa mətbuatı Azərbaycan-Aİ münasibətlərinə diqqət ayırıb

  • + A
  • - A
  • Bu gün, 12:03

    Polşa mətbuatı Azərbaycan-Aİ münasibətlərinə diqqət ayırıb

    Polşanın nüfuzlu gündəlik nəşrlərindən olan “Rzeczpospolita” qəzetinin internet səhifəsində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərə dair məqalə dərc olunub.

    Məqalə “Avropa Siyasi Birliyi”nin İrlandiyanın Dublin şəhərində keçirilən qeyri-rəsmi sammitinin nəticələrinə həsr edilib.

    Yazıda Azərbaycanın Brüssel ilə əməkdaşlığı gücləndirdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycanla Aİ arasında qaz təchizatı sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi üçün uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsi vacibdir.

    Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın sözlərinə görə, görüşdə Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı imkanları da müzakirə olunub. Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə Avropa ilə birləşdirən bu marşrutun regional nəqliyyat bağlantılarının genişləndirilməsində mühüm rolu qeyd edilib.

    Məqalədə Bakı ilə Brüssel arasında yaxınlaşmanın enerji, ticarət və nəqliyyat sahələrini əhatə etdiyi diqqətə çatdırılıb. Aİ-yə qaz tədarükünün artırılması və Orta Dəhlizin inkişafının gələcək iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olacağı bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR