AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaş Yönümlü Dövlət Siyasəti: Sosial İslahatlar və Yeni Rifah Standartları

  • + A
  • - A
  • 13-12-2025, 19:40

    Vətəndaş Yönümlü Dövlət Siyasəti: Sosial İslahatlar və Yeni Rifah Standartları

    Müəllif: Zakir Quliyev (Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri)

    Prezident İlham Əliyevin dövlət idarəçiliyində əsas tutduğu "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur" prinsipi son illərdə həyata keçirilən kəsintisiz və əhatəli sosial islahatlarla öz təsdiqini tapmaqdadır. Ölkədə həyata keçirilən sosial paketlər əhalinin bütün təbəqələrinin rifahının yüksəldilməsinə xidmət edir.
    Son illərdə minimum əməkhaqlarının, pensiya və müavinətlərin dəfələrlə artırılması, sosial müdafiə sisteminin rəqəmsallaşdırılması və şəffaflaşdırılması vətəndaşların dövlətə olan inamını daha da möhkəmləndirib. Bu sahədə Azərbaycanın brendinə çevrilən DOST konsepsiyası sosial xidmətlərin operativ, şəffaf və əlçatan olmasını təmin edərək, vətəndaş-dövlət münasibətlərində tamamilə yeni mərhələ açmışdır.
    Xüsusilə vurğulamaq lazımdır ki, Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən sistemli dövlət qayğısı, onların mənzil, avtomobil və reabilitasiya vasitələri ilə təmin olunması cənab Prezidentin sosial siyasətinin prioritet istiqamətidir. Sosial İnkişafa Yardım İctimai Birliyi olaraq bildiririk ki, bu addımlar cəmiyyətdə sosial həmrəyliyi artırır və hər bir vətəndaşın dövlətin diqqət və qayğısını hiss etməsinə şərait yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR