AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Dövlət Universitetində “Gənc Liderlər” Forumu Keçiriləcək – Zakir Quliyev

  • + A
  • - A
  • 12-01-2024, 10:05


    30 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində Azərbaycan gənclərini əhatə edən ilin en önəmli tədbirlərindən biri olan “Gənc Liderlər” Forumu baş tutacaq.

    Tədbir: “Sosial Məsələlərin Həllinə Kömək” və “Sosial İnkişafa Yardım” İctimai Birliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Konfrans və forumun əsas məqsəd və hədəfləri barədə açıqlama verən Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Zakir Quliyev bildirib ki, bu platforma gənclərin potensialını üzə çıxarmaq üçün unikal bir fürsətdir:“‘Gənc Liderlər’ Forumunun təşkilində cəlb olunan əsas məqsədimiz gənclərimizin sosial bacarıqlarını inkişaf etdirmək, onların liderlik keyfiyyətlərini artırmaq və Dayanıklı İnkişaf Məqsədlərinə uygun təşəbbüslərə dəstək verməkdir.

    Təcrübəli spikerlərimiz forum çərçivəsində öz uğur hekayələrini paylaşaraq gənclərə motivasiya verəcək. Bu forum gənclər üçün yalnız bilik və təcrübə qazanmaq imkanı deyil, həm də yeni əlaqələr və şəbəkələr (networking) qurmaq üçün əvəzsiz bir platforma olacaq.”

    Tərəfdaşlar və Dəstəkçilər Forumun uğurla reallaşmasında dövlət və qeyri-hökumət təşkilatlarının böyük dəstəyi olduğunu vurğulayan Zakir Quliyev qeyd edib: “Tədbirimizin tərəfdaşları arasında Azərbaycan Respublikasının Gənclər Fondu, NAYORA, Azərbaycan Tələbələr və Məzunlar Platforması, habelə ‘Gənclər İnkişaf Naminə’ İctimai Birliyi xüsusi yer tutur. ‘Başkent Şirkəti’ isə forumun xüsusi sponsoru qismində çıxış edir. Bütün tərəfdaşlarımıza gəncliyin inkişafına verdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR