Sosial İnkişafa Yardım İctimai Birliyi (SİYİB) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə AYB üzvü, tanınmış yazıçı, şair və publisist Tubu İmanın “Duyğular səssiz olanda” adlı kitabının təqdimat mərasimi uğurla baş tutub.
Mədəniyyət və ədəbiyyat sahəsindəki təşəbbüslərə xüsusi önəm verdiklərini bildiriən Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Zakir Quliyev tədbir haqqında fikirlərini bölüşüb:
> “Təşkilatımız yalnız sosyal məsələlərlə deyil, eyni zamanda cəmiyyətimizin mənəvi inkişafı, ədəbiyyata və incəsənətə dəstək göstərilməsi istiqamətində də fəal çalışır. AYB ilə birgə təşkil etdiyimiz bu gözəl təqdimat mərasimində təşkilatımızın sədr müavini, layihələr üzrə meneceri və dəyərli könüllülərimiz fəal iştirak edərək bu mənalı günə öz töhfələrini verdilər. Sözün duyğuya, duyğunun isə sükuta çevrildiyi bu möhtəşəm görüşdə müəlliflə səmimi söhbətlər aparıldı, kitabdan parçalar səsləndirildi və oxucuların maraqlı düşüncələri dinlənildi. Ədəbiyyata və mənəvi dəyərlərə verdiyimiz önəmi bir daha nümayiş etdirən bu gözəl tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.”
Təşkilatın ədəbi və sosial-mədəni təşəbbüslərə dəstəyi bundan sonra da davam edəcək.
17.02.2026
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.