AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çexiyanın Karlov Universiteti ilə ASAPES arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

  • + A
  • - A
  • 17-11-2023, 13:43

    Çexiyanın Karlov Universiteti ilə ASAPES arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

    Çexiyanın Karlov Universitetinin Bədən Tərbiyəsi və İdman Fakültəsinin dekanı doc. PhDr. Miroslav Petr ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev arasında Fizioterapiya ixtisası üzrə birgə bakalavr və magistr proqramlarının hazırlanması haqda əməkdaşlıq müaviləsi imzalanıb.


    Müqaviləyə əsasən, qeyd olunan sahədə tədris proqramları uyğunlaşdırılacaq və çexiyalı professorlar tədris prosesinə cəlb olunacaq. Müqavilədə həmçinin akademik və tələbə heyətinin mübadiləsi və təcrübə proqramının təşkili də nəzərdə tutulub.

    Qeyd edək ki, ASAPES nümayəndə heyəti 13-16 noyabr tarixlərində Praqaya səfər çərçivəsində Bədən Tərbiyəsi və İdman fakültəsinin Fizioterapiya ixtisasının koordinatoru Tereza Novakova, Məşqçilik ixtisasının professorları Peter Stastny və Jakub Kokstejn, dekan müavini Aleş Vilk, Gsport Proqramının koordinatoru Zdenek Ledvina ilə görüşlər keçirib, Fizioterapiya ixtisası ilə yanaşı Məşqçilik və Ümumi fiziki hazırlıq üzrə proqramların təkmilləşidirilməsini, birgə elmi tədqiqatların aparılmasını və müəllim mübadiləsinin həyata keçirilməsini də müzakirə ediblər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR