AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AYB-nin ev bölgüsündə həmişə diqqətdən kənarda qalan tərcüməçi müraciət ünvanladı

  • + A
  • - A
  • 18-11-2023, 19:35

    AYB-nin ev bölgüsündə həmişə diqqətdən kənarda qalan tərcüməçi müraciət ünvanladı

    Azadmedia.az tərcüməçi, təkbaşına 2 qız övladı böyüdən, AYB üzvü olsa da, həmişə AYB-nin ev bölgüsündə diqqətdən kənarda qalan Sevil Gültənin ölkənin Birinci xanımı Mehriban Əliyevaya müraciətini təqdim edir:

    Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya

    Mən hələ tələbə vaxtımdan tərcümə ilə məşğul olmuşam. Rəhmətlik İsmixan Rəhimov tərcümə etdiyim bir hekayəni “ Dünya” almanaxında məndən xəbərsiz çap etdirmişdi. Son on-on beş il ərzində ingilis dilindən azərbaycan dilinə təxminən 70 kitab tərcümə etmişəm. Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyim kitabların sayı 80-dən çoxdur. Tərcümə etdiyim 180-dan çox hekayə müxtəlif qəzetlərdə, saytlarda işıq üzü görüb. Qarabağ mövzusunda onlarla kitabı ingilis dilinə tərcümə etmişəm. “ Erməni əsirliyində” kitabı mənim tərcüməmdə çap olunub. Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyim şeirlər, romanlar beynəlxalq müsabiqələrdə uğur qazanıb. Azərbaycanda məndən məhsuldar tərcüməçi yoxdur. Aylarımı, günlərimi tərcüməyə sərf etmişəm. İki şeir kitabım, bir esse kitabım çap olunub. Tərcümə problemləriylə bağlı onlarla məqalə müəllifiyəm.
    Azərbaycan dilindən ingilis dilinə bədii ədəbiyyat tərcümə edən mütəxəssisləri barmaqla saymaq olar. Uzun illər qazandığım təcrübə sayəsində özümü o mütəxəssislərdən biri hesab edirəm.
    Həyat yoldaşım dünyasını dəyişib. İki qızımı təkbaşına böyüdürəm. Kirayə qaldığım evlərdə. 20 ildir kirayədə qalırıq. Aylarla tərcümə etdiyim kitabların qonorarını kirayə puluna vermişəm. İki ildən çox qaldığımız mənzilin sahibi evini satıb. Bu soyuq günlərdə mən kirayə ev axtarıram. 62 yaşım var. Evdən –evə köçmək mənim üçün həm mənəvi, həm fiziki cəhətdən ağırdır.
    İllər boyu yığdığım kitablar qohumların, dost-tanışların evindədir. Onları evdən evə daşımaqdan yoruldum. Mənim ev almağa maddi imkanım yoxdur. Bütün tikinti şirkətləri ilkin ödəniş tələb edir. Kirayədə qala-qala ilkin ödəniş üçün pul toplamaq mümkün deyil.
    AYB-nin üzvüyəm. AYB sədrinə dəfələrlə müraciət etmişəm ev problemimlə bağlı. Amma evlər paylananda heç vaxt adım siyahıda olmayıb.
    Respublikamızda mədəniyyət işçilərinə, eləcə də, sizdən yardım uman hər kəsə göstərdiyiniz qayğı məni Sizə müraciət etməyə sövq etdi. Sizə müraciət etməkdə məqsədim mənim mövcud şəraitdə yaşamağımı diqqətinizə çatdırmaqla tərəfinizdən müvafiq köməklik göstərməyinizi xahiş etməkdir. Düşünürəm ki, fəaliyyətimi nəzərə alıb, mənə yeni mənzil verilməsi Sizin tərəfinizdən göstərilən ən böyük qayğı olar.
    Hörmətlə: Sevil Gültən
    AYB üzvü, tərcüməçi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR