AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir həftə ərzində 61 mina və 579 partlamamış hərbi sursat aşkar edilib

  • + A
  • - A
  • 4-12-2023, 19:57

    Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir həftə ərzində 61 mina və 579 partlamamış hərbi sursat aşkar edilib

    Son bir həftə ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha 579 partlamamış hərbi sursat və 61 mina aşkar edilib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) aparılan əməliyyatlar barədə həftəlik (27 oktyabr - 3 noyabr) məlumatında deyilir.

    Məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 partlamamış hərbi sursat aşkar edilib.

    Agentlik onu da qeyd edib ki, artıq 2575,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR