AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü - YENİLƏNİB

  • + A
  • - A
  • 5-12-2023, 15:07

    ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü - YENİLƏNİB

    Baş Prokurorluq Ağdam rayonunda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

    Bu barədə Baş Prokurorluqdan bildirilib.

    Qeyd edilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    ***

    13:00

    Ağdamda mina partlayışı baş verib.

    Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

    Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR