AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid ailələri ilə bağlı YENİ QƏRAR

  • + A
  • - A
  • 7-12-2023, 19:30

    Şəhid ailələri ilə bağlı YENİ QƏRAR

    Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

    Dəyişikliklə qaydanın 2.1.6-cı yarımbəndindən “həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılıb. Bununla şəhid ailəsinin üzvü hesab olunan, şəhidlərin 18 yaşına çatmamış uşaqlarının, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarının, həmçinin qardaşları və bacılarının - uşaq evlərində tərbiyə olunanların təhsil aldıqları əyani müəssisələrin sırasından AMEA-nın adı çıxarılır.

    Qeyd edək ki, qaydanın əvvəlki variantı belədir:

    “Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar:

    2.1.1. arvadı (əri);
    2.1.2. valideynləri;

    2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

    2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar;

    2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

    2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR