AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəyalə Rəis Moderator.az saytına Baş redaktor təyin olunub

  • + A
  • - A
  • 8-12-2023, 13:50

    Xəyalə Rəis Moderator.az saytına Baş redaktor təyin olunub


    Tanınmış jurnalist Xəyalə Rəis Moderator.az saytına Baş redaktor təyin olunub. Xəyalə xanım bu barədə sosial media hesanında yazıb. Azadmedia.az Xəyalə Rəisin yazdıqlarını təqdim edir:


    "Əziz dostlar,

    Bundan sonra fəaliyyətimə Moderator.az xəbər portalının baş redaktoru olaraq davam edəcəm. Mərhum Zülfüqar Hüseynzadənin yadigarı olan bu saytı onun ailəsinin və kollektivinin dəvəti ilə yaşatmağa və daha böyük uğurlar qazanmasına çalışacam.

    Buradan ayrıldığım il yarım ərzində Moderator.az-ın ofisində adım yazılan lövhəni belə çıxarmamışdı. Bu günləri bilirmiş kimi, "O bir gün qayıdacaq" deyirdi.
    Ruhunuz şad olsun, Zülfüqar müəllim! Bu etimada görə sizdən sonra ailənizə təşəkkür edirəm!
    Moderator.az Azərbaycan media məkanında öz sözünü demiş, tanınmış bir saytdır. İnanıram ki, Sizlərin də dəstəyi ilə onun hələ uzun illər söz sahibi olmasına nail olacağıq".

    Biz də öz növbəsində Xəyalə xanımı yeni təyinatı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR