AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşsiz şəxslərə ödənişlər ediləcək - Şərtlər

  • + A
  • - A
  • 9-12-2023, 12:22

    İşsiz şəxslərə ödənişlər ediləcək - Şərtlər

    “İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər ilə sığorta ödənişi alacaq işsizlərin sırası genişlənəcək. Yeni dəyişikliklərə əsasən, müəssisənin mülkiyyətçisi dəyişəndə, əvvəlllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək.

    Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.
    Onun sözlərinə görə sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faizlə məhdudlaşır. Yeni dəyişliklərə görə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək.

    İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb oluna sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq.

    Digər dəyişiklik fərdi məşğulluq proqramının üzürlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. Bu zaman qanunda üzürlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib.

    Millət vəkili qeyd edib ki, bütövlükdə qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı, daha çox vətəndaşımız bu imkandan faydalanmasına şərait yaradacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR