AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP28 platformasında Azərbaycan pavilyonuna ziyarətlər ETSN-də davam edir

  • + A
  • - A
  • 9-12-2023, 12:37

    COP28 platformasında Azərbaycan pavilyonuna ziyarətlər ETSN-də davam edir

    COP28 platformasında Azərbaycan nümayəndə heyətinin bir sıra panel iclaslarda iştirakı və eyni zamanda, Azərbaycan pavilyonuna qonaqların ziyarətləri davam edir.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Ekspert Panelinin sədri Cim Skeya ölkəmizin pavilyonunu ziyarət edib.

    Azərbaycan pavilyonunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə keçirilən görüş zamanı Azərbaycanda iqlim dəyişmələri risklərinin öyrənilməsi, Xəzər regionu üzrə elmi araşdırmaların aparılması və növbəti 7-ci qiymətləndirmə dövrü hesabatının hazırlanmasına Azərbaycan alimlərinin cəlb edilməsi məsələsi müzakirə edilib.

    Uzun müddət Meksikanın xarici İşlər naziri vəzifəsində çalışmış, 2016-2022-ci illərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi olmuş Patrisia Espinoza və Meksikanı COP 28-də təmsil edən nümayəndə heyətinin üzvləri də Azərbaycan pavilyonunu ziyarət edən qonaqlar arasında olub.

    Keçirilən ikitərəfli görüş zamanı ölkənin iqlim dəyişmələri sahəsində atdığı addımlar, qlobal səylərə töhfələr, bu sahədə regional və beynəlxalq əməkdaşlığın vacibliyi məsələləri görüşün müzakirə obyekti olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR