AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"BakuBus" sürücünü işdən çıxardı

  • + A
  • - A
  • 11-12-2023, 20:35

    "BakuBus" sürücünü işdən çıxardı

    Bakıda sərnişinləri yolda qoyub özü taksi ilə gedən avtobus sürücüsü işdən çıxarılıb.

    Bu barədə “BakuBus” məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib.

    Qeyd edək ki, hadisə dekabrın 9-u gecə saatlarında baş verib. 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsüavtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb. Sürücü sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona minməyi tapşırıb.

    Sonra sürücü avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR