AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Karantin müddəti uzadılıb - Zərurət varmı?

  • + A
  • - A
  • 12-12-2023, 08:11

    Karantin müddəti uzadılıb - Zərurət varmı?

    Azərbaycanın quru sərhədləri 2020-ci ilin yazından bağlı qalıb. Və onlar tezliklə açılmayacaqlar. Azərbaycanda COVID-19 ilə əlaqədar xüsusi karantin rejimi yenidən 2 aprel 2024-cü il tarixinədək uzadılıb. Bu barədə bu gün respublikanın Baş Naziri Əli Əsədov sərəncam imzalayıb.

    “Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun mümkün nəticələrinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin qüvvədə olma müddəti 2 aprel 2024-cü il saat 06:00-dək uzadılsın”, - deyə Əli Əsədov bildirib.

    ÜST may ayında pandemiyanın başa çatdığını elan etdikdən sonra Azərbaycanda karantin rejimi iki dəfə uzadılıb. Qərara əsasən, rejim çərçivəsində Azərbaycanın quru sərhədləri bağlı qalır. Başqa karantin məhdudiyyətləri demək olar ki, yoxdur.

    Mart ayında qaldırılan bir sıra məhdudiyyətlər qüvvədə qalır. Belə ki, xarici dövlətlərin bütün vətəndaşlarına və bu ölkələrdə daimi yaşayan digər dövlətlərin vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə hava nəqliyyatı ilə respublikaya girişə icazə verilir. Eyni zamanda, Azərbaycana səfər etmək üçün COVID pasportu tələb olunmur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR