AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanda sahibkarların iştirakı ilə infotur təşkil olunub

  • + A
  • - A
  • 12-12-2023, 17:31

    Naxçıvanda sahibkarların iştirakı ilə infotur təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə sahibkarların iştirakı ilə ilk dəfə olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrinə infotur həyata keçirilib. Tədbirdən əvvəl isə Naxçıvan Biznes Mərkəzində infoturun açılış mərasimi təşkil edilib.

    İnfoturun təşkilində məqsəd ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan özəl təhsil müəssisələrinin yaradılması istiqamətində sahibkarlar arasında təşviqat işlərini aparmaqdır.

    İnfoturun açılış mərasimində Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov, təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, iqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov, maliyyə naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən İsmayılov və digər qonaqlar iştirak ediblər.

    Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov Dövlət Proqramında muxtar respublikada digər sahələrlə yanaşı, sahibkarlığın inkişafı sahəsində bir sıra hədəflərin müəyyənləşdirildiyini, həmçinin özəl təhsil və tibb müəssisələrinin yaradılmasının nəzərdə tutulduğunu bildirib.

    Elxan Nəcəfov həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən özəl təhsil müəssisələri açmaq istəyən sahibkarlara hərtərəfli şəraitin yaradılacağını və onlara nazirlik tərəfindən metodiki dəstək göstəriləcəyini diqqətə çatdırıb.

    İqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov çıxışında muxtar respublikada əlverişli biznes mühitinin yaradılması və özəl sektor tərəfindən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin, eləcə də özəl təhsil müəssisələrinin təşkili üçün sahibkarlar arasında təşviqat işlərinin aparılmasının nəzərdə tutulduğunu vurğulayıb.

    Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən İsmayılov öz növbəsində burada özəl təhsil müəssisələrinin yaradılmasının sahibkarlığın və iqtisadiyyatın inkişafına təsir göstərəcəyini, həm də büdcənin yükünü nisbətən azaldacağını qeyd edib.

    Sonra sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

    Tədbirdən sonra iştirakçılar Naxçıvan şəhərindəki məktəbəqədər və ümumi təhsil müəssisələrinə baş çəkiblər.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR