AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hələ bu harasıdır

  • + A
  • - A
  • 12-12-2023, 16:48

    Hələ bu harasıdır

    Növbədənkənar prezident seçkiləri ölkəmizin gələcəyi üçün uğurlu olacaq. Vətəndaş olaraq hesab edirəm ki, Qarabağı azad edən Prezident İlham Əliyev Azərbaycan Respublikasının əbədi Prezidenti titulunu qazanıb. Hesab edirəm ki, Cənab Prezident bu seçkilərdə də yüksək səs çoxluğu ilə qalib gələcək. Cəmiyyətin bütün təbəqələrinin yanında yüksək nüfuza sahib müzəffər Ali Baş Komandan, 07 fevral 2024-cu il tarixində keçiriləcək Prezident seçkilərində böyük etimalla min. 90 faizdən çox səs çoxluğu ilə rəqiblərinə qalib gələcək. Ölkəmizdə seçkilər demokratik yolla keçirilir, heç kəsə kimə səs verməsinə dair nəinki təzyiq edilmir, heç tövsiyə belə verilmir, insanlara yalnız seçkilərdə iştirak etmək məsləhət görülür, hər kəs öz iradəsinə uyğun olaraq seçimində azaddır. Ancaq sıravi vətəndaş olaraq hər kəsin yaxın ətrafına seçki barədə tövsiyə vermək haqqı var, bu tövsiyə azaddır, o üzdən bu haqqımdan istifadə edərək ölkəmizin uğurlu gələcəyi naminə hər kəsə müzəffər Prezident İlham Əliyevə səs verməyi tövsiyə edirəm. Prezident İlham Əliyevin ölkəmizin adına 20 il ərzində qazandığı uğurların dünyada misli yoxdur, ancaq hər bir azərbaycanlı yaxşı bilir ki, hələ bu harasıdır, böyük heyrətamiz uğurlarımız qarşıdadır. Azərbaycan xalqı 07 fevral 2024-cu il tarixində yenidən qəlbən İlhamla irəli deyəcək. Azərbaycan xalqı dəfələrlə yanıldıqdan sonra, 1993-cu il tarixindən Yeni Azərbaycan Partiyasını hakimiyyətə gətirmişdir, bir daha yanılmaq niyyətində deyil.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR