AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaşların sığortadan istifadəsi artan xəttlə davam edir

  • + A
  • - A
  • 14-12-2023, 11:16

    Vətəndaşların sığortadan istifadəsi artan xəttlə davam edir

    Azadmedia.az xəbər verir ki, dekabrın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransı keçirib.
    Z.Əliyev bildirib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinin 3-cü ilinə yaxınlaşırıq. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə Agentlik tərəfindən davamlı tədbirlər görülür.
    Göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə vətəndaşların sığortadan istifadəsi artan xəttlə davam edir. Ötən illə nisbətdə xidmət sayında bu ilin 10 ayı ərzində 30% artım müşahidə olunub. (ambulator tibbi xidmət – 87% , stasionar tibbi xidmət – 13%)
    1 pasiyentə düşən xidmət sayında və 1 pasiyentə düşən müraciət sayında müvafiq olaraq 1.5 və 1.1 dəfə artım olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR