AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnternational Medical Center xəstələrin başına oyun açır

  • + A
  • - A
  • 15-12-2023, 13:00

    İnternational Medical Center xəstələrin başına oyun açır

    Bloger Haldun Novruzzadə yazır...
    Deməli, sizə nədən danışım Bakıda yerləşən International Medical Center adlı yerdən.
    Dostum, Ehtiram Həsənov sentyabr ayında yoldaşını doğum üçün ora aparıb. Uşaq normal anadan olub, hər şey əla. Səhəri gəliblər ki, bəs uşağınızın ciyəri açılmır depozit qoyun müalicə edək, bərbər işləyən ata borc xərc 2000 manata yaxın depozit qoyub, sonra bir də depozit istəyəndə deyib pulum yoxdu, uşağı çıxarıb ayrı xəstəxanaya aparıb, 2 ay sonra qayıdıb İnternational Medical Center xəstəxanasına ki, uşağın Doğum haqqında Arayışı götürsün, deyiblər 1600 manat səni verəcəyin var. Bu etiraz edib, deyib ki mən çıxanda heçnə deməmisiniz, həm də qəbz tələb edib, heçnə verə bilməyiblər. Oranın direktoru Əli Əskərovla görüşüb deyib ki, 1000 manat ver Şəhadətnaməni verim, yoxsa kimə istəyirsən şikayət elə verən deyiləm.
    Maraqlısı budur ki, hadisəni danışandan sonra xəstəxananı Google elədim həmin xəstəxanada eyni ssenari ilə bir necə hadisə daha olubmuş.
    Düşünürəm ki, xəstəxana qəsdən, pul üçün uşaqların sağlamlağı ilə oynayır. Həm dövlətin verdiyi sənədi “zaloq” saxlamaq qanunsuzdu.
    Jurnalistlərdən bu hadisəni araşdırmağı xahiş edirəm, bildiyiniz insan sağlamlığı ilə oynayırlar.
    #Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
    #TƏBİB
    #Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu hadisəni zəhməy olmasa araşdırın. Ortada ciddi bir qanunsuzluq var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR