AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR-ın “Azəriqaz” İB-nin 11 ay ərzində sosial şəbəkələrdəki fəaliyyəti “Açıq qapı”da

  • + A
  • - A
  • 15-12-2023, 23:08

    SOCAR-ın “Azəriqaz” İB-nin 11 ay ərzində sosial şəbəkələrdəki fəaliyyəti “Açıq qapı”da

    “2023-cü ilin 11 ayı ərzində SOCAR-ın “Azəriqaz” İB-nin sosial şəbəkə ünvanlarına ümumilikdə 24678 müraciət daxil olub. Müraciətlərdən 23380-i “Facebook”-un, 1285-i “İnstagram”-ın, 13-ü isə “Telegram”-ın payına düşür. Bu müddət ərzində Birlik tərəfindən bölgələrdə 44-ü sahibkarlarla olmaqla 219 “Açıq mikrofon” və 44 “Açıq qapı” aksiyaları keçirilib." Bunu Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev 11 ayın statistikasını media nümayəndələrinə açıqlayarkən bildirib. Şöbə rəisi tək sosial şəbəkə ünvanlarına daxil olan müraciətlərin sayını açıqlamaqla yetinməyib. Eldəniz Vəliyev cari ilin 11 ayı ərzində Birliyin Şikayətlərin araşdırılması şöbəsinə, Qəza Çağrı Xidməti şöbəsi ilə yanaşı, həm də “ASAN xidmət” və “ASAN Kommunal “ mərkəzlərinə də daxil olan müraciətlərin sayını aksiya iştirakçılarının diqqətinə çatdırıb. Qurum rəsmisi bu rəqəmlərin müvafiq olaraq 11074, 857692 və 411300 olduğunu qeyd edib. Bütün bunlarla paralel Birliyin rəhbər şəxsləri tərəfindən sosial şəbəkə ünvanlarında 50 canlı yayımın baş tuduğunu və müxtəlif mövzuları əhatə edən məlumat xarakterli 220 videoçarxın paylaşıldığını vurğulayıb.

    Ətraflı video materialda:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR