AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” layihəsinə start verib

  • + A
  • - A
  • 18-12-2023, 10:08

    Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” layihəsinə start verib

    “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi “Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” layihəsinə start verib. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Gəncliyin Təşəbbüsü"Maarifləndirmə İctimai Birliyi 01.12.2023-cü il tarixdən 29.02.2024-cü il tarixədək “Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” adlı layihəsinin icrasına başlayıb.

    Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi- Sərhəd rayonu olan Qazax rayonunda gənclər ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsini daim yad etmək, gənclərdə vətənpərvərlik hislərinin aşılanması, Vətənə və dövlətə bağlılığın artırılması, pis vərdişlərdən uzaqlaşmaları, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının düzgun və səmərəli təşkili, gənclərin bədən tərbiyəsi və idmana yönəlmələrinə xidmət göstərməsidir.

    Layihə çərçivəsində Qazax rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol turniri keçiriləcəkdir. Turnir 19.12.2023-cü il tarixdə saat 10-00 da Qazax Olimpiya İdman Kompleksində start götürəcək və final oyunu 28.12.2023-cü il tarixdə keçiriləcəkdir. Əziz Qazaxlılar Ümummilli lider Heydər Əliyevin xatirəsini birgə yad etməyi və asudə vaxtlarınızın düzgun və səmərəli kecirmək ücün turnirə dəvət edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR