AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası davam edir - FOTOLAR

  • + A
  • - A
  • 18-12-2023, 11:00

    “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası davam edir - FOTOLAR

    Dekabrın 15-də “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi Maştağa qəsəbəsində yerləşən 255 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin təqdimatını keçirib.

    “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyindən QHT.az - a verilən məumata görə, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunan 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən və Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında layihənin icrasını davam etdirir.

    Layihə rəhbəri Namiq Nəcəfov bildirib ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin icrasında iştiraka Sabunçu rayonu Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li, C.Nurməmmədov adına 108 № li, 255 № li, Ə.Vahid adına 293 № li, C.Cabbarlı adına 187 № li, N.Nərimanov adına 128 № li, Nardaran qəsəbəsi 130 və 295 № li tam orta məktəblərin, Bilgəh qəsəbəsi 142 № li tam orta məktəbin kotinqenti sirasından könüllülük prinsipi əsasında qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulublar.

    15 dekabr 2023-cü il tarixində layihənin İcra Planına uyğun olaraq Maştağa qəsəbəsi 255 № li tam orta məktəbdə layihənin təqdimatı keçirilmişdir. Bu məqsədlə məktəbin I mərtəbəsində, elektron lövhə ilə təchiz olunmuş sinifdə, əvvəlcədən xüsusi hazırlıq işləri görülmüşdü. Lövhənin önündə 3 masa üzərində kitabxana fondunda saxlanılan Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş albom, kitablarhər, şagirdlərin əl işləri və “Oriqami” təşkilatının layihə çərçivəsində hazırladığı çap məhsullarının, dəftərxana ləvazimatının və istehlak mallarının loqolu nümunələri nümayiş etdirilirdi.

    “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin təqdimatı ilə layihənin rəhbəri Namiq Nəcəfov çıxış etdi: “Layihə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Sərəncamı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir.

    255 № li tam orta məktəbin direktoru Mətanət Məmmədova təqdimat zamanı çıxış edərək, şagirdlərin təlim-tərbiyəsində, qabiliyyət və bacarıqlarının artırılmasında layihənin böyük əhəmiyyətindən danışdı. Məktəbin şagirdləri Fatimə Nağızadə, Lətafət Bağırova ,Lamiyə Quliyeva, Anaxanım Əliyeva, Minaxanım Əliyeva, Quliyev Şahbala, Hadiyev Yusif, Xəlilli Xədicə, Qasımzadə Fatimə, Mahmudova Sevda, Ulu Öndərə həsr olunmuş şeir parçalarını söylədilər.

    Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Şagirdlərin çıxışları dəfələrlə alqışlandı.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR