AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti çatışmazlıqlarla bağlı dayandırılıb (foto)

  • + A
  • - A
  • 19-12-2023, 17:12

    Daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti çatışmazlıqlarla bağlı dayandırılıb (foto)

    Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu çərçivədə, Agentliklə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs arasında əməkdaşlıq zəminində “Naftalan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin müraciəti əsasında xəstəxananın rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib.

    Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR