AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verilib - FOTOLAR

  • + A
  • - A
  • 20-12-2023, 10:18

    Gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verilib - FOTOLAR

    “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Əsrə Siğmayan Ömür, Heydər Əliyev-100” adlı layihəsinin icrası çərçivəsində dekabrın 19-da Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verilib.
    Tədbirin açılışında ilk olaraq Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. "Gəncliyin Təşəbbüsü"Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək bildirdi ki , layihənin əsas məqsədi Qazax rayon gəncləri ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsini daim yad etmək, gənclərin vətənə və dövlətə bağlılığın artırılması, gənclərə sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının düzgun və səmərəli təşkilidir.
    Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin məsul işcisi İbrahimov Anar turnir iştirakçılarına uğurlar arzuladı və bədən tərbiyyəsi və idmanla məşğul olmağa çağırıb.

    Turnirin final mərhələsində 8 komanda iştirak edir:
    1.Şəhər №1
    2. Şəhər №2
    3.Qazaxbəyli
    4. Orta Salahlı
    5. I Şıxlı
    6. Məktəb-lisey
    7. Kosalar.
    8. Daş Salahlı.


    Turnirin ilk günündə 1 mərhələdə 2 komanda güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəklində keçən görüşlərin nəticəsi aşağıdakı kimi olub:
    1) Qazaxbəyli – Şəhər №2

    0-9

    Şəhər №2 komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

    Qeyd edək ki, bu gün 2 mərhələ oyunları keçiriləcək.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR