AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” adlı Qazax rayon turnirinə start verib - FOTOLAR

  • + A
  • - A
  • 21-12-2023, 11:38

    “Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” adlı Qazax rayon turnirinə start verib - FOTOLAR

    “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” adlı layihəsinin icrası çərçivəsində 19.12.2023 – cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verib.

    QHT.az xəbər verir ki, dekabrın 20- də turnirin ikinci mərhələ oyunu keçirilib. İlk olaraq Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların əziz xatirəsi bir dəqiyqalıq sükütla yad edildi. "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi Qazax rayon gəncləri ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsini daim yad etmək, gənclərin vətənə və dövlətə bağlılığın artırılması, gənclərə sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının düzgun və səmərəli təşkilidir.

    Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin məsul işcisi İbrahimov Anar turnir iştirakçılarına uğurlar arzuladı və bədən tərbiyyəsi və idmanla məşqul olmağa çağırıb.

    Turnirin ikinci günündə 2 komanda güclərini sınayıblar.Gərgin idman mübarizəsi şəklində kecən görüşlərin nəticəsi aşağıdakı kimi olub:

    1) Kosalar – Daş Salahlı №1 3-2

    Kosalar komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

    21.12.2023-cü il tarixdə 3 mərhələ oyunları keçiriləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR