AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı şəhərində taksi səfərlərinin sayı təxminən 14 faiz azalıb

  • + A
  • - A
  • 21-12-2023, 15:21

    Bakı şəhərində taksi səfərlərinin sayı təxminən 14 faiz azalıb

    Bu ilin iyulunda Azərbaycanda taksi qiymətlərinə minimum qiymət həddi (2.50 azn) tətbiq edilmişdi. Rəsmi açıqlamaya görə, minimum qiymət tələbi qüvvəyə mindikdən bəri Bakı şəhərində taksi səfərlərinin sayı təxminən 14 faiz azalıb.

    Taksi nəqliyyat vasitəsilə metroya və ya metrodan edilən səfərlərin sayı da ciddi azalıb. Qısa məsafəli səfərlərin azalması hesabına ortalama səfər məsafəsi 8.5 km-dən 10 km-ə qədər artıb.

    Taksi qiymətlərinin bahalaşması insanların avtobuslara yönəlməsinə səbəb olub. Beləki, taksi qiymətləri artdıqdan sonra avtobuslarla gündəlik daşıma sayı 100 min nəfər artaraq 1 milyon 600 minə çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR