Ceyhun Səlimov və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində yeni istifadəyə verilmiş svetoforun vaxt planı mütəxəssislər tərəfindən optimallaşdırılıb və 3-cü mikrorayon dairəsindən Ə.Salamzadə küçəsi istiqamətində pik saatlarda nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi təmin edilib;
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsindəki svetoforun iş rejiminə dəyişiklik tətbiq edilib və 20 Yanvar dairəsi istiqamətində nəqliyyat axınının intensivliyi artıb;
Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində Təbriz küçəsində yaranan sıxlığın aradan qaldırılması məqsədi ilə həyata keçirilən layihə nəticəsində sıxlıq aradan qalxıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib;
Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində pik saatlarda Səməd Vurğun küçəsindən sola dönən nəqliyyat axınında yaranan sıxlığın aradan qaldırılması məqsədilə sözügedən yorayrıcındakı svetoforun iş rejiminə dəyişiklik edilib. Nəticədə Səməd Vurğun küçəsində nəqliyyatın intensivliyi artıb və sıxlıq aradan qalxıb;
Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində səhər pik saatlarında Özbəkistan küçəsi istiqamətində svetoforun vaxtı bir neçə saniyə artırılıb və qeyd olunan küçədə müşahidə olunan sıxlıq azalıb.
Paytaxt yollarında avtomobil sıxlığını azaltmaq və hərəkətin intensivliyini təmin etmək məqsədilə 44 küçə və prospekt üzrə 93 min 812 dəfə “yaşıl dalğa” rejimi tətbiq olunub.
Müxtəlif küçə və prospektlərdə il ərzində baş verən 1.955 yol-nəqliyyat hadisəsi ilkin olaraq Mərkəzə məxsus kameralar vasitəsilə qeydə alınıb və qəza səbəbindən yollarda yaranan sıxlığın qarşısını almaq üçün dərhal DYP-yə məlumat verilərək müvafiq tədbirlərin görülməsi təmin edilib.
Aylar Yol-nəqliyyat hadisəsi (ədəd)
Yanvar 132
Fevral 189
Mart 149
Aprel 156
May 174
İyun 179
İyul 179
Avqust 186
Sentyabr 161
Oktyabr 160
Noyabr 141
Dekabr 149
Bununla yanaşı, nasazlıq səbəbindən yollarda qalaraq sıxlıq yaradan 2.013 nasaz nəqliyyat vasitəsi kameralar vasitəsilə aşkarlanıb və sıxlığın qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi təmin edilib.
Aylar Nasaz nəqliyyat vasitəsi (ədəd)
Yanvar 147
Fevral 151
Mart 142
Aprel 138
May 161
İyun 176
İyul 210
Avqust 235
Sentyabr 171
Oktyabr 192
Noyabr 144
Dekabr 146
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarında sıxlığı azaltmaq, eləcə də yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işləri davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.