AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Odlu silahı könüllü təhvil ver—məsuliyyətdən azad ol

  • + A
  • - A
  • 9-01-2024, 10:44

    Odlu silahı könüllü təhvil ver—məsuliyyətdən azad ol

    Qanunsuz saxlanılan odlu və döyüş silahlarını, partlayıcıları könüllü təhvil verən hər bir insan vətəndaşlıq nümunəsi göstərir.

    DİN-in mətbuat xidmətindən Azadmedia.az-a bildirilib ki, bu, polis-vətəndaş münasibətində formalaşan etimaddır. Nəticəsi odur ki, yanvarın 8-də 7 ədəd avtomat, 1 tapança, 3 ədəd qumbara, 1 alışdırıcı, 30 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 766 ədəd müxtəlif çaplı sursat polis əməkdaşlarına könüllü təhvil verilib.

    Könüllü olaraq odlu silahları təhvil verməyən şəxslərdən isə yanvarın 8-də 4 ədəd tapança, 16 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 28 ədəd müxtəlif çaplı sursatı polis əməkdaşları əməliyyat tədbirləri ilə aşkarlayıblar. Hər bir fakt üzrə araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR