AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin növbəti tədbiri - FOTOLAR

  • + A
  • - A
  • 17-01-2024, 18:24

    “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin növbəti tədbiri  - FOTOLAR

    “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 15 yanvar 2024-cü il tarixində Maştağa qəsəbəsi 128 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin növbəti tədbirini keçirib.

    Bu barədə layihə rəhbəri Namiq Nəcəfov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən, Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında həyata keçirilən “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrası davam edir.

    15 yanvar 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi N.Nərimanov adına 128 № li tam orta məktəbin sinif otağında layihənin növbəti tədbiri keçirilib. Lövhənin önündə masalar üstündə Heydər Əliyevə həsr olunmuş çox maraqlı stend, digər masa üzərində məktəbin kitabxana fondunda saxlanılan Ulu Öndərə həsr olunmuş albomlar, kitablar nümayiş etdirilirdi.

    “Oriqami” təşkilatı, layihə çərçivəsində hazırlanmış loqolu Rol up, masanın üstündə layihə çərçivəsində hazırlanmış loqolu kiçik formatlı bayraqlar, loqolu qələm, loqolu qovluq, loqolu dəftərçə, Sertifikat, ,loqolu titul vərəqləri, loqolu Hədiyyə çantaları, loqolu papaq nümayiş etdirirdi. Tədbirdə N.Nərimanov adına 128 № li tam orta məktəbin direktoru S.Əliyeva,TTİDM İ.Muxtarzadə, təşkilatçı C.Əliyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi – M.Əliyeva, və layihə rəhbəri Namiq Nəcəfov iştirak edirdilər.

    Tədbiri, giriş sözü ilə, pedaqoji heyət adındam S.Əliyeva açdı. O, çıxışında il boyu Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər barəsində geniş məlumat verdi. Sonra sözü layihə rəhbəri N.Nəcəfova verdi. O bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsi Bakıətrafı kənd və qəsəbələrdə yaşayan yeniyetmə və gənclərin ictimai həyatda fəallığının artırılması məqsədi ilə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənmışdir və hal-hazırda Sabunçu rayonu 9 təhsil ocağında həyata keçirilir. Digər çıxış edənlər İ.Muxtarzadə.,C,Əliyev, M.Əliyeva “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin şagirdlərin təlim-tərbiyəsində mühüm rolundan danışdılar. Tədbirə toplaşmış 28 nəfər V - VIII sinif şagirdləri – Ulu Öndərə həsr olunmuş və tətil günlərində evdə hazırladıqları esse yazılarından kiçik parçalar oxudular. Şagirdlərin biri-birindın maraqlı və məzmunlu çıxışları bütün içtirakçıların çox xoşuna gəldi və dəfələrlə alqışlandı.

    Layihə rəhbəri N.Nəcəfov təqbirdə fəal iştirak etdikləri üçün şagirdlərə təşəkkür etdi və tədbirin keçirilməsi məqsədi ilə yaradılan şəraitə və təşkilatçılığa görə N.Nərimanov adına 128 № li tam orta məktəbin pedaqoji heyyətinə minnətdarlığını bildirdi. 128 № li tam orta məktəbin pedaqoji heyəti adından çıxış edən S.Əliyeva bir daha şagirdlərin təlim-tərbiyəsində “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin əhəmiyyətini qeyd etdi və Azərbaycan Gənclər Fondunun Bakıətrafı kənd və qəsəbələrdə yaşayan gənclərin hərtəfəfli inkişafına göstərdiyi diqqəti, qayğıkeş münasibəti və dəstəyi alqışladı.


    [center]



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR