AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir İnci Xanım!

  • + A
  • - A
  • 18-01-2024, 10:21

    Bir İnci Xanım!

    Şərqin qadının da dünyada gördük,
    İlk Sənin sayəndə, Birinci xanım.
    Daşıdın ən uca səmtə, çox böyük -
    İrsin davamçısı bir inci xanım.

    Qadına kitab da söylənər birdə,
    Üz cilddən görünər o ciddi zəhmi.
    Lap geniş romandı oxşar yenə də,
    Tanrı yaradacaq başqa adəmi?

    Görərsən ön sözdə, açsa üz cildi,
    Qadınsız kainat məhv olar birdən!
    Bir qəliz sirr kimi qadını bildi,
    Kişi ona qarşı çıxanda dindən.

    Üzdə görünər yaradan kişidi,
    O istəməsə, heç tikilən deyil.
    Tikilən hər bir ev onun işidi,
    O istəməsə, heç sökülən deyil.

    Mircalal Mehdiyev,
    18 yanvar 2024-cu il,
    Saat 05:36
    Moskva.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR