AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dr. Aytəkin Hüseynli ABŞ-da Dissertasiya Mükafatı ilə təltif olundu

  • + A
  • - A
  • 20-01-2024, 00:16

    Dr. Aytəkin Hüseynli ABŞ-da Dissertasiya Mükafatı ilə təltif olundu

    Vaşinqton Universitetində Elmi İşçi çalışan Azərbaycanlı, Dr. Aytəkin Hüseynli ABŞ-ın sosial iş və sosial inkişaf sahəsində mötəbər qurum olan Sosial İş və Tədqiqat Cəmiyyəti (Society for Social Work and Research) tərəfindən Sosial İş Üzrə Möhtəşəm Dissertasiya Mükafatı ilə təltif olunmuşdur. Mükafatı Dr. Hüseynliyə, cəmiyyətin prezidenti, Vaşinqton Universitetinin sosial iş və sosial inkişaf sahəsində dünyaca məşhur olan Braun Məktəbinin professoru Şan Cou yanvarın 13-ü Vaşinqton şəhərində keçirilən konfrans zamanı təqdim etmişdir.

    Hüseynlinin doktorluq təhsilində elmi rəhbəri, məşhur Professor Maykl Şeraden olmuşdur. Hüseynli disertasiyası üçün tədqiqatı altı ölkədə həyata keçirmişdir. Onun distertasiyada təklif etdiyi proqram modelini, disertasiya üçün tədqiqat apardığı ölkələrdən biri, dövlət proqramı kimi qəbul etmişdir.

    Sosial İş və Tədqiqat Cəmiyyəti 1994-cü ildə təsis olunmuşdur. Hal-hazırda 200-dən çox universitet cəmiyyətin üzvüdür. Cəmiyyətin ABŞ, və Kanada ilə yanaşı dünyanın bir çox ölkəsindən 2000-dən çox üzvü var. Cəmiyyət ənənəvi olaraq hər il yanvar ayında illik konfransını keçirir. Konfrans 4 gün çəkir və sosial iş və sosial inkişaf sahəsində ABŞ, Kanada və dünyanın bir çox ölkəsindən yüzlərlə sosial iş professorları, alimləri və tədqiqatçıları elmi tədqiqatlarla iştirak edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR