AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-da 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərs təşkil olunub

  • + A
  • - A
  • 20-01-2024, 01:05

    BDU-da 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərs təşkil olunub

    Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş xüsusi dərs təşkil edilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.

    Bu barədə BDU-njn İnformasiya və sənəd menecmenti fakültəsinin rəsmi səhifəsi məlumat yayıb.

    20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərs Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslanın mühazirəsi ilə davam etdirilib.

    Mühazirədə 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə tələbələrə dolğun informasiya verilib, məkrli düşmənlərimizin xalqımıza qarşı zaman-zaman törətdikləri qanlı cinayətlərdən bəhs edilib.

    K.Aslan bildirib ki, hadisənin təşkilatçıları həmin dövrdə informasiya blokadası yaradıb xalqımızın haqq səsinin dünyaya çatdırılmasına hər vəchlə mane olublar: “Faciə baş verdikdən dərhal sonra Ümummilli Liderimiz Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi, bu qanlı hadisəyə kəskin etirazını ifadə edərək haqq səsimizi bütün dünyaya çatdırdı”.

    Mühazirədə qeyd olunub ki, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət də məhz Ulu Öndərimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra verilib.

    Həmin dövrdə jurnalist kimi fəaliyyət göstərən K.Aslan müxtəlif qəzet və jurnallarda bu mövzuda dərc etdirdiyi məqalələrini tələbələrə nümayiş etdirib, eyni zamanda, faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub.

    K.Aslan deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər və 2023-cü ilin sentyabrında aparılmış lokal antiterror tədbirləri nəticəsində şəhidlərimizin qisası alınıb. Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR