AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 yanvar rusların Nadir şahdan qisası idi...

  • + A
  • - A
  • 20-01-2024, 01:51

    20 yanvar rusların Nadir şahdan qisası idi...

    Sabah 20 yanvar 1990-cı ildə işğalçı Rusiyanın Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın anım günüdür. Rusiyanın Azərbaycana qarşı terror və düşmənçilik siyasətinin kökü Nadir Şaha gedib çıxır. Məhz Şərqin böyük Fatehi Nadir Şah dünyaya ağalıq etmək istəyən Rusiyanın qarşısını kəsmişdir.
    70 il ərzində işğalçı dövlətin və millət olan rusların nəinki Azərbaycan torpaqlarına qədəm qoymaq, heç bu tərəfə baxmaq cəsarətləri olmayıb.
    Təsadüfdür əlbətdə. Amma məhz 21 yanvar 1732-ci ildə Rəşt müqaviləsinə görə Rusiya Azərbaycan torpaqlarını tərk edib getdilər və Nadir Şahın ölümündən sonra da uzun müddət bu torpaqlara tərəf baxa bilmədilər.
    Nadir şahın ölümündən bir müddət keçəndən sonra Bakını işğal etməyə gəlmiş ruslar burada ciddi müqavimət görüblər. Sisianovun da başı burda kəsilib, Bakılılar ruslara ciddi zərbələr vurublar. Bir sözlə Rusiya hər zaman Bakı və Azərbaycanlılardan tarix boyu güclü müqavimət və ağır zərbələr aldıqları döyüşləri görüblər və bunları da əsla unutmayıblar. Tarixin bu hadisələrinin şahidlərindən biri də bu gün Şəhidlər Xiyabanı yerləşən Dağüstü park olub. Bura uzun zaman müxtəlif dinlərin ölülərinin dəfn edildiyi qədim qəbristanlıq ərazisi olub.
    8 avqust 1883-cü ildə qəbiristanlıqda cəsədləri anatomizə etmək üçün kiçik kilsə açılmışdı, hara ki, anatomizə olunan bütün dəfn edilmiş meyitləri göndərirdilər. Nəticədə məlum oldu ki, burda dəfn edilənlərin çoxu Rusiyanın işğalçı hücumları nəticəsində məhv edilmiş rus əsgərlərinin meyitləridir.
    Əlbətdə Rusiya bunu Azərbaycana, xüsusilə Bakılılara bağışlaya bilmədi və 1918-ci ilin mart hadisələri zamanı silahlandırığı terrorçu ermənilərlə, özlərinin də iştirak etdiyi soyqırım hadisəsindən sonra minlərlə qətl edilmiş dinc bakılıların burda dəfn edilməsinə bilərəkdən şərait yaratdı. Eyni ilin sentyabr ayında Bakı döyüşündə həlak olan Osmanlı dövlətinin türk əsgərlərinin cənazələri qəbiristanlıqda dəfn olunmuşdu. Lakin bu onların qana susamış nifrətlərini sakitləşdirməyə yetmədi.
    1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. Məhz o Kirova ki, əlləri yüzlərlə azərbaycanlı qanına batmış idi.
    Düz 1990-cı ilə qədər Rusiya burda dəfn edilən Azərbaycan xalqının məzarları üstündə əyləncələr təşkil etdi. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə ediblər.
    1990-cı il. Rusiyanın yeni qana susayan əlləri Bakıya uzandı. 19-20 yanvar tarixlərində şəhərə daxil olan işğalçı orduya bir əmr verilmiş idi. Bacardıqca çox azərbaycanlı qətl edin. Nəticədə rus əsgərləri uşaq-böyük bilmədən amansız qətllər törətdilər. Nəticədə yüzdən çox azərbaycanlı rus terrorunun qurbanı oldular və onların dəfn yeri yenidən Dağüstü park ərazisi seçildi. Burada şəhidlərə məzar qazılan zaman da vaxtilə burda dəfn edilən üç məzar tapdılar. Bu 3 nəfər 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi.Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Burada eyni zamanda birinci Qarabağ müharibəsi dövründə şəhid olan azərbaycanlılar da dəfn edildilər.
    Hazırda Şəhidlər Xiyabanı tarixin bir çox qanlı hadisələrinə şahiddir. Oranı ziyarət edən zaman biz 1918-ci ilin qurbanlarını da, 1990-cı ilin şəhidlərini də yada salırıq.
    Bura gedəndə daima xatırlamaq lazımdır. Rusiya və ruslar Azərbaycan dövlətinin və xalqının ən birinci düşmənidir.
    Zaur Aliyev, dosent


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR