AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xoşbəxtlik hissi mövcud deyil - Araşdırma

  • + A
  • - A
  • 21-01-2024, 10:00

    Xoşbəxtlik hissi mövcud deyil - Araşdırma

    Xoşbəxtlik haqqında fikirlər mifoloji təxəyyüldür və reallıqla heç bir əlaqəsi yoxdur.

    Bununla bağlı Cənubi Koliforniya universitetinin alimləri elmi araşdırma aparıb.

    Onlar xoşbəxtlik hisslərini axtarıb, amma tapmayıblar. Nəticələr göstərib ki, insan 100% xoşbəxtlik hissi keçirməyə qadir deyil. Əgər bir insan özünü hansısa məqamda sevincli hiss edirsə, o anda o bir neçə hiss keçirir: təəccüb, narahatlıq, qorxu və kədər emosiyaları.

    Alimlər bu qərara gəlib ki, bu baxımdan xoşbəxt olmaq insan üçün əsl problemdir. İnsanın yaşı nə qədər artırsa, onun özünü xoşbəxt hiss etmək şansı bir o qədər azalır.

    Psixoloqlar hesab edir ki, yaşlandıqca, insanın həyat təcrübəsi artır və o, baş verənləri çoxbucaqlı, çoxşaxəli hiss edir.

    Alimlər 50 min insanı analiz edərək müəyyənləşdiriblər ki, hətta həyatın hansısa anında xoşbəxtlik hissini keçirəndə də zamanla bu hiss tamam başqa məna alır və normal qarşılanır.

    İnsan anlayır ki, dünyada heç nə 100% pozitiv və ya neqativ ola bilməz. Ona görə də xoşbəxtliyi axtarmaq real olmayan mifdir.(Medicina.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR