AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kosmetik lazerlərdən istifadə görmənin zəifləməsinə səbəb ola bilər

  • + A
  • - A
  • 23-01-2024, 02:05

    Kosmetik lazerlərdən istifadə görmənin zəifləməsinə səbəb ola bilər

    Son zamanlar cəmiyyətimizdə kosmetik lazerlerdən istifadə artdığı üçün, görmənin zəifləməsi şikayəti ilə müraciət edən gənclər çoxdur.

    Bu məsələ göz həkimlərinin qarşılaşdığı mühüm problemə çevrilib.
    Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasının Göz şöbəsinin oftalmoloq-cərrahı Nərmin Səfərovanın sözlərinə görə, Aleksandrit, diod və intensiv impulslu işıq (IPL) arasında müqayisəli tədqiqat aparılmış və hər üç üsulda epilyasiyanin gözün ön seqmentinə və retinanın zədələnməsinə səbəb olan oxşar cəhətlər tapılıb: "Belə ki, gözə yönəldilmiş lazer şüası həm göz qapağına, həm də buynuz qişaya asanlıqla nüfuz edə bilər və gözlərin fəlakətli zədələnməsinə səbəb ola bilər. Təəssüf ki, lazerlə dəstəklənən epilyasiya cihazlarının istifadəsinin tənzimlənməsi hələ də yaxşı aydınlaşdırılmayıb və standartlaşdırılmayıb."

    N. Səfərova qeyd edib ki, lazer zədələnməsindən sonra tor qişanın yanıqlarına, fotofobi, ağrı, görmə itiliyinin azalması və bulanıq görməyə səbəb olan makula defektinə rast gəlinir: "Zədələnmiş nahiyənin Optik Koherens Tomoqrafiyası(OCT) zamanı qalınlaşmış torlu qişa izlənilir. Flüoressein angioqrafiya(FA) müayinəsi zamanı damarların gec boyanması və görmə siniri diskdə hipoflüoresan superonazal görüntü qeyd edilir. Lazer qəzalarını nəzərdən kecirərkən onların əksəriyyətinin “göz zədələri” olduğu bəllidir. Göz lazer işığına ən çox həssas olan bədən hissəsidir. Torlu qişa(retina) xüsusilə həssasdır, çünki dalğa uzunluğu 400 nm ilə 1400 nm arasında olan lazer işığı buynuz qişa və lens tərəfindən retinaya fokuslanır və nəticədə tor qişanın şüalanması artır. Yanıqlarin əksəriyyəti parafoveal sahədədir."

    Oftalmoloq vurğulayıb ki, düzgün müalicə taktikası ilə xəstənin görmə qabiliyyəti bərpa edilir: "Lazer istifadəsinin tətbiqi daha geniş yayıldıqca cihazın tənzimlənməsi və lazer təhlükəsizliyinin monitorinqi çox vacibdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR