AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı şəhər DYP İdarəsi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

  • + A
  • - A
  • 23-01-2024, 10:52

    Bakı şəhər DYP İdarəsi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

    Bakı şəhər DYP İdarəsinin mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏTİ

    Qeyri-sabit hava şəraitinin paytaxt yollarında xoşagəlməz hadisələrə səbəb olmaması üçün hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq.

    Bununla yanaşı, piyadalardan da əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmalarını, yol hərəkəti qaydalarına sözsüz əməl etmələrini xahiş edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR