AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP “Z.Tağıyev küçəsi 4” Ərazi Partiya Təşkilatının üzvləri seçkiqabağı toplantıda iştirak ediblər

  • + A
  • - A
  • 24-01-2024, 00:08

    YAP “Z.Tağıyev küçəsi 4” Ərazi Partiya Təşkilatının üzvləri seçkiqabağı toplantıda iştirak ediblər

    2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Səbail rayonunun qadın seçicilərilə görüş keçirilib.
    İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra prezident İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirin video-çarx təqdim olunub.
    Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Dilarə Seyidzadə, Səyyarə İbadullayeva, Zaur Məmmədov və Təranə Kərimova çıxış edib.
    Çıxışlarda qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.
    Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.
    Çıxış edən seçicilər ötən dövrdə həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
    Qeyd edilən toplantıda Milli Azərbaycan Tarixi Muzeyinin YAP “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya Təşkilatının sədr müavini, muzeyin Vətən Müharibəsi Fondunun mütəxəssisi Pərvanə Əzimova və muzeyin Numizmatika Fondunun əməkdaşı, t.ü.f.d. Aygün Məmmədova da iştirak ediblər.
    Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR