AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalqımız yenidən və bir daha xoşbəxt, firavan gələcəyinə səs verəcək

  • + A
  • - A
  • 24-01-2024, 11:25

    Xalqımız yenidən və bir daha xoşbəxt, firavan gələcəyinə səs verəcək

    Sərancama uyğun olaraq 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu növbədənkənar prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq olar. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçirilir.

    İlham Əliyev xalqa verdiyi sözə tam əməl edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Şuşada, Xocalıda, Xankəndində, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
    İlham Əliyev qalib ölkənin qalib Prezidenti, Müzəffər Ali Baş Komandanıdır. Dövlətimizin başçısı dünyada baş verən hadisələri diqqətlə analiz edir və xalqımızın xoşbəxtliyini, dövlətimizin suverenliyini və müstəqilliyini özünün həyat amalına çevirib. Otuz il işğal altında qalan torpaqlarımızın azad edilməsi, antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin kökünün kəsilməsi, Azərbaycanın bütün dünyada tanıdılması və beynəlxalq aləmdə böyük nüfuz qazanması məhz Prezidentin əvəzolunmaz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan dünyada iqtisadi cəhətdən inkişaf edən ölkələrdən biri olmaqla bərabər, həm də sülhün, əmin-amanlığın və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Prezident İlham Əliyev ən mötəbər tədbirlərdə ölkəmizi layiqincə təmsil edir, özünün bəşəri dəyərlərini ortaya qoyur və insanların xoşbəxt yaşayışı naminə sülhün təmin edilməsi istiqamətində bütün gücünü səfərbər edir. Azərbaycan Prezidenti beynəlxalq təşkilatların tribunalarından bəşəriyyəti sülhə səsləyir. Belə addımlar, sözsüz ki, sülhsevər xalqlar tərəfindən yüksək qiymətləndirilir”.
    İlham Əliyevin bu gün dünyada sayılıb-seçilən dövlət rəhbərlərindən biridi. Azərbaycanı istəməyən bir çox qüvvələr, Qərbin bəzi siyasi dairələri ölkəmiz haqqında bu gün böhtan və şantaj xarakterli materiallar yaymaq, əsassız qətnamələr, qərarlar çıxarmaq, eləcə də Ermənistana dəstək göstərmək üçün əllərindən gələni edir və bizə qarşı düşmən mövqeyində dayanırlar. Belə bir dövrdə növbədənkənar seçkilər Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunu göstərəcək.
    Prezident həmişə xalqla bir sırada dayanıb və xalqın mənafeyi uğrunda əlindən gələni edib. Azərbaycanı işıqlı sabaha aparan, torpaqlarımızı düşməndən xilas edən, ölkəmizi qlobal aləmdə tanıdan və şöhrətləndirən məhz Prezident İlham Əliyevdir. Sözsüz ki, Azərbaycan xalqı bu dəfə də özünün xoşbəxt və firavan gələcəyinin qarantı olan müzəffər liderimiz İlham Əliyevə səs verəcək.

    Məzahir Heydərli
    “XƏBƏRİM.az” saytının baş redaktoru,
    YAP Suraxanı rayon təşkilatının fəal üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR