AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəfər Qurbanov: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxardı”

  • + A
  • - A
  • 23-01-2024, 10:03

    Zəfər Qurbanov: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxardı”

    Zəfər Qurbanov
    Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru


    Ölkəmiz siyasi amillərə, işğal altındakı ərazilərdə uzunmüddətli infrastruktur layihələrinə, minalarla dolu müdafiə sədlərinə baxmadan müharibədə zəfər çaldı.

    Biz Xalq, Ordu, Ali Baş Komandan birliyi olaraq, ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Əlbətdə ki, biz öz torpağımızda vuruşduq. Biz mənfur Ermənistanın torpağında savaşmadıq və biz qalib gəldik.
    Hətda böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik, öz hədəfimizə doğru irəliləyərək 44 gün içində tarixə Dəmir Yumruq adı altında imzamızı atdıq.

    Cənab prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazıldı. Beləliklə, doğma torpaqlarımızın 30 illik işğaldan azad edilməsi sevincini yaşadıq.
    Sözsüz ki, həmin günlər xalqımızın tarixinə cənab Ali Baş Komandanın sayəsində düşdü, mənə elə gəlir ki, qürurla bu dövrə İlham Əliyev dövrü deyə bilərik.
    Bəli, erməni miflərinin dağıldığı və ədalətin zəfər çaldığı tarixi dövr.. Bugün, xalqımız tarixi dövrünü yaşayır. Mənfur işğalçılar müasir texnikanın, silahın gücünü, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, cəsarətinin və vətənpərvərliyinin şahidi oldular, geri çəkildilər, məğlub edildilər.

    Prezident cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətində vurğuladığı kimi, “Biz hal-hazırda xüsusi şanlı tariximizi yaşayırıq... Biz tarixi ədaləti bərpa etdik..”

    Onu da qeyd etməliyəm ki, bölgədə yeni ictimai-siyasi vəziyyət yaranmış və Azərbaycan dövləti öz qüvvəsini işğalçıların bizə viran qoyub getdiyi əraziləri bərpa etməyə yönləndirmişdir. Təssüflər olsun ki, bugün həmin ərazilərimizdə xalqımızın məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyətinin abidələri ilə qarşılaşırıq.


    Cənab Prezidentin uzaqgörən siyasəti Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxardı. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət ölkəmizi nəyinki regionun, hətda dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxardı. Bütün ötən illər ərzində dövlət başçımız Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. 44 günlük Vətən müharibəmiz dövründə döyüşən Rəşadətli Ordumuza tapşırıqlarını birbaşa özü verib. Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına müvəffəqiyyətlə nail olub. Sözsüz ki, bu “Tarixi Qələbə” regionda yeni reallıqların yaranmasına səbəb olub.
    Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə böyük uğurlara imza atılıb, xüsusilə də hərbi sahədə.

    Cənab prezidentin sayəsində atılan bütün addımlar Azərbaycanın hər daim yeni inkişaf mərhələsinə qədəm qoymasına, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir.

    Bir sözlə biz əminliklə qeyd edə bilərik ki, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti Ulu Öndər Heydər Əliyev arzularının, ideyalarının davamı kimi öz müsbət həllini tapmaqla ölkəmizi və insanlarımızı daha işıqlı sabaha, daha parlaq gələcəyə aparacaq.
    Seçimimiz Cənab İlham Əliyevdir!

    Əminliklə deyə bilərik ki, cənab prezidentin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan yeni hədəfləri və vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə gərəkli imkan yaradacaq. Heç şübhəsiz, ölkəmiz qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, qlobal aləmdə, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR