ƏRDOĞAN STARMERLƏ DANIŞIB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Keir Starmeri Fələstin dövlətini tanımaqla bağlı verdiyi açıqlamalara görə təbrik edib.
Türkiyə Prezident Administrasiyasının məlumatına görə, liderlər arasında baş tutan telefon danışığında iki ölkə arasındakı münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, Qəzzadakı humanitar vəziyyət kritik həddə çatıb və baş verənlərə sadəcə narahatlıq ifadə etməklə kifayətlənmək insanlıq borcuna uyğun deyil.
O, beynəlxalq ictimaiyyətin İsraili atəşkəsə və iki dövlətli həllə məcbur etməsi üçün real addımlar atmasının vacibliyini vurğulayıb.
Ərdoğan əlavə edib ki, Türkiyə Qəzzaya humanitar yardım göndərməkdə davam edir, vasitəçilərin atəşkəsə nail olmaq səylərini dəstəkləyir və danışıqları fəal şəkildə təşviq edir.