AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ TARİFLƏRİ CƏNUBİ AFRİKAYA TƏSİR EDİB

  • + A
  • - A
  • Bu gün, 07:35

    ABŞ TARİFLƏRİ CƏNUBİ AFRİKAYA TƏSİR EDİB

    Cənubi Afrika Birləşmiş Ştatların tətbiq etdiyi yeni 30 faizlik tarif qərarına qarşı ciddi narahatlıq ifadə edib. Ekurhuleni şəhərində keçirilən mətbuat konfransında rəsmi şəxslər ABŞ-ın bu birtərəfli qərarının Cənubi Afrika iqtisadiyyatına və minlərlə iş yerinə mənfi təsir göstərə biləcəyini bəyan ediblər.

    Cənubi Afrikanın Beynəlxalq Əlaqələr Naziri Ronald Lamola bildirib ki, Vaşinqtonla ticarət münasibətlərini stabilləşdirmək üçün bir müddətdir ikitərəfli danışıqlar aparılsa da, ABŞ tərəfi birtərəfli şəkildə tarif tətbiq etməyə qərar verib.

    Nazir qeyd edib ki, əsas məqsəd qarşılıqlı faydalı investisiya və ticarət əlaqələrini gücləndirmək idi:
    "Bu addıma baxmayaraq, biz ticarət portfelimizi diversifikasiya etməyə davam edirik. Xüsusilə Asiya və Yaxın Şərqdə — Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrlə yeni imkanlar axtarırıq," – deyə Lamola əlavə edib.

    Cənubi Afrika Ticarət, Sənaye və Rəqabətlilik Departamentinin baş direktoru Simphiwe Hamilton isə bəyan edib ki, yeni tarif qərarının avtomobil və kənd təsərrüfatı kimi əsas sahələrə ciddi təsiri olacaq:
    “Əgər bu proses düzgün idarə olunmazsa, təqribən 30 min iş yeri təhlükə altına düşə bilər,” – deyə o vurğulayıb.

    ABŞ hazırda Cənubi Afrikanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. Yeni tarif qərarının avqustun 8-dən qüvvəyə minəcəyi bildirilir.

    Rəsmi statistikaya əsasən, ölkədə işsizlik səviyyəsi 2025-ci ilin birinci rübündə 32.9 faiz təşkil edib. Gənclər arasında işsizlik isə daha yüksək göstəriciyə — 46.1 faizə çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR