AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TRAMP HİNDİSTANA TARİF TƏHDİDİ EDİB

  • + A
  • - A
  • Bu gün, 07:37

    TRAMP HİNDİSTANA TARİF TƏHDİDİ EDİB

    ABŞ-ın prezidenti Donald Tramp, Hindistanın Rusiya ilə enerji ticarətinə görə Vaşinqtonun tarif siyasətində ciddi dəyişikliklərə gedəcəyini açıqlayıb. Trampın bəyanatına görə, Hindistan yalnız böyük həcmdə Rusiya nefti almaqla kifayətlənmir, eyni zamanda bu neftin bir hissəsini açıq bazarda yüksək gəlirlə satır.

    Hazırda Hindistandan idxal olunan mallara minimum 10 faizlik tarif tətbiq edilir. Tramp isə bu həddi ən azı 25 faizə qaldırmaq niyyətindədir. Yeni tarifin konkret hansı səviyyədə olacağı açıqlanmasa da, onun "əhəmiyyətli dərəcədə" artırılacağı qeyd edilib. O bu barədə truth social sosial şəbəkəsində paylaşım edib

    SİTAT
    "Hindistan Rusiya neftini kütləvi şəkildə alır və sonra onu açıq bazarda böyük gəlirlə satır. Onlar Ukraynada nə qədər insanın öldüyünə əhəmiyyət vermirlər. Buna görə Hindistanın ABŞ-a ödədiyi tarifləri əhəmiyyətli dərəcədə artıracağam."

    Yeni Delhi isə cavabında bildirir ki, Hindistan qeyri-ədalətli şəkildə hədəfə alınır. Hindistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Avropa üçün nəzərdə tutulan neft tədarüklərinin yönləndirilməsi səbəbilə ölkə alternativ mənbə olaraq Rusiyadan idxala üstünlük verib. Məqsəd isə ölkə daxilində sabit və münasib enerji qiymətlərini qorumaqdır.

    Hindistan tərəfi həmçinin ABŞ və Avropa İttifaqının da Rusiya ilə müxtəlif sahələrdə ticarət əlaqələrini davam etdirdiyini xatırladıb.

    Donald Tramp bu ticarət təzyiqini, Rusiya prezidenti Vladimir Putinə qarşı Ukrayna ilə bağlı daha tez nəticə almaq üçün bir vasitə olaraq istifadə etməyə çalışır. Trampın təzyiqləri fonunda yeni tariflərin bu həftənin sonunda qüvvəyə minəcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR