MOSKVA RAKET MORATORİUMUNU LƏĞV EDİB
Rusiya, ABŞ-ın Avropa və Asiya-Sakit okean regionlarında qısa və orta mənzilli raketlər yerləşdirdiyini əsas gətirərək bu silahların yerləşdirilməsinə dair birtərəfli moratoriuma son verdiyini elan edib.
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Vaşinqtonun bu istiqamətdəki “praktiki addımları” Moskvanı müqavilədən kənarlaşdırmağa məcbur edib.
Bu addım, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sərtləşən mövqeyi fonunda atılıb. Tramp Rusiyaya 8 avqusta qədər müharibəni dayandırmaq üçün son möhlət verib. O, həmçinin bildirib ki, Rusiya tərəfdən səsləndirilən təhdidlərə cavab olaraq ABŞ nüvə sualtı qayıqlarını Rusiya sərhədlərinə daha da yaxınlaşdırıb.
Qeyd edək ki, 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi ABŞ və Sovet İttifaqına belə raketlərin yerləşdirilməsini qadağan edirdi. Rusiya bu qərarı 2019-cu ildə ABŞ-ın müqavilədən çıxsa da birtərəfli qaydada qüvvədə saxlamışdı.