AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RUSİYA DRONU PARTLAYICI İLƏ LİTVAYA DÜŞÜB

  • + A
  • - A
  • Bu gün, 07:50

    RUSİYA DRONU PARTLAYICI İLƏ LİTVAYA DÜŞÜB


    Litva hakimiyyəti Rusiyaya məxsus partlayıcı daşıyan pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozduğunu açıqlayıb. O, paytaxt Vilnüs yaxınlığındakı hərbi təlim ərazisində aşkar edilib. Litvanın baş prokuroru Nida Qrunskyen hadisəni təsdiqləyərək, dronun üzərində real partlayıcı qurğu olduğunu və təhlükənin yerindəcə zərərsizləşdirildiyini bildirib. Araşdırma çərçivəsində dronun bilərəkdənmi, yoxsa təsadüfənmi Litva ərazisinə daxil olduğu müəyyənləşdirilməyə çalışılır. İlkin ehtimallara görə, bu Rusiya istehsalı olan və əsasən Ukraynaya qarşı hücumlarda istifadə edilən Gerbera tipli pilotsuz aparatlardan biridir.

    Hadisədən sonra Litva xarici işlər naziri Kestutis Budris və müdafiə naziri Dovil Sakalyen NATO baş katibi Mark Rutte-yə rəsmi müraciət ünvanlayaraq, ölkənin hava hücumundan müdafiə sistemlərinin təcili gücləndirilməsini tələb ediblər. Budris bildirib ki, bu, son bir ay ərzində Litva hava məkanına qeydə alınan ikinci oxşar hadisədir və təhlükə real şəkildə artır. O, həmçinin Moskvanın əsas müttəfiqi olan Belarusun da bu kimi insidentlərin qarşısını almaq üçün məsuliyyət daşıdığını vurğulayıb və Litvanın cavab tədbirləri görə biləcəyinə işarə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR