AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ NÜMAYƏNDƏSİ UİTKOFF MOSKVAYA GEDİR

  • + A
  • - A
  • Bu gün, 07:52

    ABŞ NÜMAYƏNDƏSİ UİTKOFF MOSKVAYA GEDİR


    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftə Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq məqsədilə Moskvaya səfər edəcək. Bu barədə “Reuters” agentliyi adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.

    ABŞ Dövlət Departamentinin sözçüsü Temmy Bryus da Uitkoffun Rusiyaya səfərini təsdiqləyərək, səfərin konkret gündəliyi barədə əlavə məlumat verməyib.

    Rusiyanın TASS agentliyi isə mənbələrə istinadla bildirir ki, Uitkoffun olduğu ehtimal edilən təyyarə artıq Rusiya istiqamətində hərəkətə keçib.

    Hazırda ABŞ və Rusiya arasında münasibətlər Ukrayna müharibəsi, enerji təhlükəsizliyi və strateji sabitlik kimi bir sıra kritik məsələlər fonunda gərgin olaraq qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR