AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NEFTİN UCUZLAŞMASI PUTİNƏ TƏZYİQ YARADIR

  • + A
  • - A
  • Bu gün, 07:53

    NEFTİN UCUZLAŞMASI PUTİNƏ TƏZYİQ YARADIR


    ABŞ Prezidenti Donald Tramp bildirib ki, enerji qiymətlərindəki azalma Rusiya Prezidenti Vladimir Putinə ciddi təzyiq yaradır. CNBC-yə müsahibəsində Tramp deyib ki, neft qiyməti 10 dollar daha aşağı düşsə, Putin müharibəni dayandırmağa məcbur qalacaq.

    O qeyd edib ki, bu düşüş artan hasilatla bağlıdır və OPEC+ ölkələri hasilatı artırmaqla Vaşinqtonun mövqeyini gücləndirir. Məlumata görə, OPEC+ sentyabr üçün gündəlik 547 min barellik artım qərarı verib.

    Tramp administrasiyası avqustun 8-nə qədər Moskvanın atəşkəslə bağlı konkret addım atmaması halında yeni sanksiyalar tətbiq ediləcəyini açıqlayıb. Eyni zamanda, ABŞ Hindistan və Çindən Rusiya neftindən alışları dayandırmalarını tələb edir.

    Beynəlxalq Valyuta Fondu isə Rusiyanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu 1.5%-dən 0.9%-ə endirib. Ağ Ev Moskvanı danışıqlara məcbur etmək üçün enerji bazarını əsas təzyiq alətinə çevirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR