AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Helsinkidə yeni buzqıran gəmi istehsal olunacaq

  • + A
  • - A
  • Bu gün, 08:12

    Helsinkidə yeni buzqıran gəmi istehsal olunacaq

    Helsinkidə polad kəsim mərasimi ilə Kanadanın yeni buzqıran gəmisi Polar Max layihəsinə start verildi. Bu hadisə, Arktikada müdafiəni gücləndirmək məqsədilə ABŞ, Kanada və Finlandiya arasında yaradılan üçtərəfli əməkdaşlığın ilk real addımı hesab olunur.
    Son illərdə iqlim dəyişikliyi Arktikanı daha əlçatan edib. Bu isə bölgəni strateji baxımdan daha da önəmli hala gətirir. Rusiya artıq çoxsaylı buzqıran donanmasına sahibdir, ABŞ və
    Kanada isə ciddi çatışmazlıqlar yaşayır.
    Məhz buna görə də “ICE Pact” adlanan təşəbbüs Finlandiyanın qabaqcıl gəmiqayırma texnologiyalarını Şimali Amerika ölkələrinin tələbatı ilə birləşdirir. Layihəyə görə, gəminin
    gövdəsi Helsinkidə inşa olunacaq, tamamlanma mərhələsi isə Kanadanın Levis şəhərində həyata keçiriləcək. İstismar tarixi isə 2030-cu ilə planlaşdırılıb.
    Xatırladaq ki, ABŞ son 50 ildə ağır buzqıran tikməyib. Hazırda xidmətdə qalan yeganə gəmi – 1976-cı ildə istifadəyə verilmiş Polar Stardır. ABŞ Sahil Mühafizəsi hesab edir ki, gələcəkdə ən azı səkkiz-doqquz yeni buzqırana ehtiyac olacaq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR