AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğanla Putin arasında telefon danışığı olub

  • + A
  • - A
  • Bu gün, 08:23

    Ərdoğanla Putin arasında telefon danışığı olub

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında çərşənbə günü telefon danışığı baş tutub. Danışıq zamanı keçən həftə ABŞ və Rusiya prezidentlərinin Alyaska sammitində əldə edilən nəticələr, iki ölkə arasında ticarət əlaqələri və ümumi ikitərəfli münasibətlər müzakirə edilib.

    Türkiyə Kommunikasiya İdarəsinin məlumatına görə, Ərdoğan Ukrayna müharibəsinin başlanğıcından bəri ədalətli sülhün təmin olunması istiqamətində Türkiyənin səmimi səylər göstərdiyini vurğulayıb və bütün tərəflərin iştirakını nəzərdə tutan uzunmüddətli sülhə yönəlmiş yanaşmaları dəstəklədiyini bildirib.

    Putin isə İstanbul Prosesi çərçivəsində keçirilən sülh danışıqlarına ev sahibliyi etdiyinə görə Ərdoğana təşəkkür edib və Türkiyənin göstərdiyi səyləri yüksək qiymətləndirib.

    Hər iki lider iki ölkə arasında dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR