AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Federal Təhqiqatlar Bürosu Rusiyaya xəbərdarlıq edib

  • + A
  • - A
  • Bu gün, 09:06

    Federal Təhqiqatlar Bürosu Rusiyaya xəbərdarlıq edib

    Avqustun 20-də Federal Təhqiqat Bürosu və Cisco şirkəti Rusiyaya bağlı haker hücumları barədə yeni xəbərdarlıq yayıb. Bildirilir ki, FSB-yə tabe olan mərkəzlərin birindən fəaliyyət göstərən qruplar Cisco proqram təminatındakı yeddi il əvvəl aşkar edilmiş boşluqdan istifadə edərək minlərlə şəbəkə cihazına müdaxilə ediblər.
    Cisco-nun Talos bölməsinin məlumatına görə, hakerlər cihazların konfiqurasiya fayllarını kütləvi şəkildə toplayır. Bu fayllar sonradan Rusiyanın strateji maraqlarına uyğun əməliyyatlarda istifadə edilə bilər.
    FBI isə açıqlayıb ki, bəzi hallarda cihazların sazlanmaları dəyişdirilərək uzunmüddətli giriş imkanı yaradılıb. Bu yolla kritik infrastruktur sistemlərində kəşfiyyat aparılıb, xüsusilə də sənaye idarəetmə şəbəkələri izlənilib.
    Hücumların əsas hədəfi telekommunikasiya, ali təhsil və istehsal sektorlarında fəaliyyət göstərən təşkilatlar olub. Zərərçəkənlər arasında Şimali Amerika, Asiya, Afrika və Avropadakı qurumlar var.
    Tədqiqatçılar qeyd edirlər ki, bu haker qruplaşması azı on ildir fəaliyyət göstərir və əvvəllər də qlobal enerji sektoruna qarşı kiber hücumlarda iştirak edib. Rusiya tərəfi isə kibercasusluq ittihamlarını qəbul etmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR