AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Rusiyanın hücumlarından danışıb

  • + A
  • - A
  • Bu gün, 09:17

    Zelenski Rusiyanın hücumlarından danışıb

    Ukrayna Prezidenti Volodimir Zelenski dünən gecə çıxışında Rusiyanın ölkədəki amerikalı investisiyalarını məqsədli şəkildə hədəfə aldığını bildirib.

    "Mukaçevoda ruslar bir müəssisəni , elektrik avadanlıqları istehsalçısı olan amerikalı şirkəti yandırdılar, . Bu, tamamilə mülki məhsullar idi, hərbi YOX. Biz hesab edirik ki, bu, Amerika mülkiyyətinə yönəlmiş məqsədli hücum idi."

    Prezident vurğulayıb ki, bu hücumlar dünyada Rusiyadan aydın bir cavab gözlənilən vaxtda baş verib və Moskvanın danışıqlardan qaçdığını göstərir.
    "Rusiya sadəcə müzakirələrdən yayınmağa çalışır. Onlar bu müharibəni bitirmək istəmir, Ukraynaya qarşı kütləvi hücumlara davam edirlər. Putin yalnız güc və təzyiqi anlayır. Biz isə dövlətimizi və xalqımızı qorumaq üçün lazım olan hər şeyi edirik."
    Zelenskiy həmçinin bildirib ki, Rusiyanın hücumları yalnız Ukraynanın mülki obyektlərini deyil, həm də ABŞ vətəndaşlarının investisiyalarını, habelə Polşa və Litva sərhədlərinə yaxın əraziləri hədəf alıb.

    Ukrayna Prezidenti həmçinin beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı daha sərt təzyiq, əlavə sanksiyalar və tariflər tətbiq etməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR