D.Tramp Milli Qvardiya Qüvvələrinə müraciət edib
Vaşinqtonda Milli Qvardiya qüvvələrinə müraciət edən Prezident Donald Tramp, Nyu-York Apellyasiya Məhkəməsinin onun barəsində çıxarılan yarım milyard dollarlıq mülki cəriməni ləğv etməsini şəxsi qələbəsi kimi təqdim edib.
Tramp çıxışında “Bu gün qələbə qazandım. Mənim əlimdən saxta işlə 550 milyon dolları aldılar, amma qərar ləğv olundu” – deyə bildirib. O, işi “siyasi cadugərlik ovuna” bənzədib və Demokratları ittiham edərək “biz mübarizə aparmalı, qalib gəlməliyik” sözlərini əlavə edib.
Apellyasiya instansiyası Trampın maliyyə cəzasını ləğv etsə də, məhkəmə onun sərvətini onilliklər boyu şişirdərək fırıldaq törətdiyi qənaətini qüvvədə saxladYIB. Qərara əsasən, Tramp və onun iki böyük oğlu bir neçə il ərzində korporativ rəhbərlik vəzifələrində iştirak edə bilməyəcək.
Bu dəyişiklik əvvəlki hökmü yüngülləşdirsə də, Trampın biznes imperiyasına ciddi məhdudiyyətlər qoyur. Əvvəlki qərar prezidentə 515 milyon dollardan çox maliyyə yükü gətirə bilərdi.
Respublikaçı lider hadisəni siyasi motivli addım adlandıraraq Demokratları günahlandırır. Nyu-Yorkun Demokrat baş prokuroru isə əksinə, məhkəmənin Trampın fırıldaq törətdiyi ilə bağlı hökmü təsdiqlədiyini vurğulayır.